Xəbər lenti

"Azərbaycan nağılları" Ermənistanı çalxaladı (FOTO)
Ölkə18:15 28.02.2019

"Azərbaycan nağılları" Ermənistanı çalxaladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Təhsil Nazirliyi ölkədə yayılan "Azərbaycan nağılları” kitabı ilə bağlı açıqlama verib.
"Azərbaycan nağılları” toplusunun  Ermənistanda dərc edilməsi barədə xəbəri "168.am” yayıb.
KİV  nümayəndələrinin çoxsaylı müraciətinə cavab olaraq Ermənistan Təhsil Nazirliyi bildirib ki, kitablar "Save the  children” beynəlxalq təşkilatının proqramı çərçivəsində dərc edilib və uşaqlarda tolerantlıq tərbiyəsinin inkişaf etdirilməsini nəzərdə tutur.
Qeyd eedək ki, sözügedən kitab hələ 2008-ci ildə Təhsil Nazirliyinin ayırdığı qrantla dərc edilib. Kitaba Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının nağıl və hekayələri daxil edilib. Həmin toplu 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyəsi ilə, 2019-cu ildə isə Ermənistan Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə yenidən dərc edilib. (oxu.az)