Xəbər lenti

Azərbaycan neft ixracını azaltdı
Ekonomiks13:31 03.12.2013

Azərbaycan neft ixracını azaltdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin noyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 820 ton xam neft ixrac edib.

ARDNŞ-dən apa-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azdır.
 
Ötən ay Supsa limanından (Qara dəniz, Gürcüstan) 161 498 ton neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% azdır.
 
Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə hesabat ayında 1 830 657 ton xam neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% çoxdur.
 
Ümumilikdə, yanvar-noyabr ayları ərzində Novorossiysk limanından neft ixracı son bir ildə 13,7% azalaraq 1 581 660 tona düşüb. Supsa limanından 2 483 731 ton neft göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır. Ceyhan limanından isə xam neft ixracı 1,4% azalıb və 18 280 943 ton təşkil edib.
 
ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Qaynar.info