Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yazın ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.99 dollar və ya 0.96% azalaraq 101.71 ABŞ dolları təşkil edib. Ötən gün "Azeri Light" 102.70 dollara ticarət edilmişdi.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 95,18 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.