Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 80,08 ABŞ dolları təşkil edib. Builki dövlət büdcəsində "Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,12 ABŞ dolları təşkil edib.
Şərhlər