Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.37 ABŞ dolları və ya 0.51% artaraq 72.49 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti 72.12 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,52 % artaraq 71,17 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,23 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Builki dövlət büdcəsində "Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Şərhlər