Xəbər lenti

Azərbaycan nefti bahalaşdı - Yeni qiymət
Ekonomiks 09:49 23.04.2026

Azərbaycan nefti bahalaşdı - Yeni qiymət

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 2% artaraq 113,11 ABŞ dolları olub.
 
 Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,25 ABŞ dolları və ya 2,1 % artaraq 110,09 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 112,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
--> -->