Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 ABŞ dolları və ya 4,46% artaraq, 119,72 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin sentyabr fyuçersləri 104,65 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.