Xəbər lenti

Azərbaycan nefti yenidən bahalaşdı
Ekonomiks19:59 18.12.2017

Azərbaycan nefti yenidən bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,91 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 63,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.