Xəbər lenti

Azərbaycan neftin ucuzlaşmasından günə nə qədər itirir?
Ekonomiks07:06 15.01.2015

Azərbaycan neftin ucuzlaşmasından günə nə qədər itirir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“2015-ci il üçün Neft Fondunun gəlirləri neftin hər barreli 90 dollardan olmaqla 10,246 milyard manat hesablanıb”. Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. 
Ekspert Azərbaycanın neft qiymətlərinin düşməsindən hər günə itirdiyi məbləğin həcmini açıqlayıb: “2015-ci il üçün Neft Fondunun gəlirləri neftin hər barreli 90 dollardan olmaqla 10,246 milyard manat hesablanıb. Yanvar ayının ilk 15 gününün ortalama qiyməti 49 dollardır. Yəni artıq günə, təqribən 20 milyon dollar, 15 günə isə 280 milyon dollar Neft Fonduna az daxil olma var”.
Qeyd edək ki, bu gün birjalarda “Brent” markalı xam neftin qiymətində artım müşahidə olunub. “Brent”in bir barreli 2,10 dollar bahalaşaraq 48,69 dollara qalxıb. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 1 barrel üçün 55 dollar olacağı proqnozlaşdırılır.
Qaynar.info