Xəbər lenti

Azərbaycan neftinin bir bareli 79 dolları ötdü
Ekonomiks19:35 16.05.2018

Azərbaycan neftinin bir bareli 79 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 79,28 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,67 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 75,06 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 15-də 78,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.