Xəbər lenti

Azərbaycan neftinin qiyməti 120 dollara düşdü
Ekonomiks05:50 12.07.2022

Azərbaycan neftinin qiyməti 120 dollara düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dolları və ya 0,9% azalaraq 120,1 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin sentyabr fyuçersləri 105,54 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.