Xəbər lenti

Azərbaycan neftinin qiyməti 43 dollara çatır
Ekonomiks06:15 18.03.2016

Azərbaycan neftinin qiyməti 43 dollara çatır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,53 dollar yaxud 3,72% bahalaşıb.
Qaynar.info xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,63 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Qaynar.info