Xəbər lenti

Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşdı
Ekonomiks06:41 13.02.2021

Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,85 % artıb.
Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,77 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.
"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.