Xəbər lenti

Azərbaycan neftinin qiyməti 90 dolları ötdü
Ekonomiks06:54 13.07.2024

Azərbaycan neftinin qiyməti 90 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0.53 ABŞ dolları, yaxud 0.59% artaraq 90,35 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.