Xəbər lenti

Azərbaycan neftinin qiyməti yenidən 79 dolları ötdü
Ekonomiks05:41 04.07.2023

Azərbaycan neftinin qiyməti yenidən 79 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,42% və ya 0,33 dollar artaraq 79.18 ABŞ dollara ticarət edilib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin sentyabr fyuçersləri 75,06 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.