Xəbər lenti

Azərbaycan - Norveç oyununa baxmağa gedən azarkeş körpüdən yıxıldı - FOTO
İdman16:17 08.10.2016

Azərbaycan - Norveç oyununa baxmağa gedən azarkeş körpüdən yıxıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç oyunundan əvvəl faciəvi hadisə baş verib.

Qaynarinfo.Az xəbər verir ki, oyuna baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb. Adı hələlik məlum olmayan vətəndaş bardörü aşmaq istəyərkən körpüdən yıxılıb.

Vəziyyəti ağır olan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb. Onun durumunun necə olduğu bilinmir.

Bakıda

Qeyd edək ki, bu hal sözügedən körpüdə yaşanan birinci hadisə deyil. Belə ki, bu ilin mayında Bakı Olimpiya Stadionunda baş tutan 17 yaşadək futbolçuların Avropa çempionatının ilk matçından - Azərbaycan - Portuqaliya oyunundan qayıdan azarkeş həmin yerdən yıxılaraq vəfat etmişdi. (qafqazinfo)

Qaynarinfo.Az