Xəbər lenti

Azərbaycan Ordusu cəbhədə təlimə başladı - FOTOLAR
Ölkə12:09 01.05.2014

Azərbaycan Ordusu cəbhədə təlimə başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim məşqləri keçirir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.

Təlimlərə 4.000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.

Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

Qaynar.info