Xəbər lenti

Azərbaycan Ordusu Cənubi Qafqazən ən güclüsü oldu: dünyada neçənciyik?
Ölkə11:24 29.03.2019

Azərbaycan Ordusu Cənubi Qafqazən ən güclüsü oldu: dünyada neçənciyik?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Global Firepower” təşkilatı dünya ölkələri ordularının reytinq cədvəlini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan ordusu 2019-cu ilin reytinqində dünya üzrə 52-ci yeri tutub. 
Ordumuz Cənubi Qafqazın ən güclücü olub. Digər Cənubi Qafqaz ölkələrinə gəlincə, Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cıdır.
Qeyd edək ki, dünyanın ən güclü ordusu ABŞ-a məxsusdur. Rusiya siyahının 2-ci, Çin 3-cü pilləsində qərarlaşıb. İlk "onluq"da həmçinin ardıcıl olaraq Hindistan, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Türkiyə və Almaniya qərarlaşıb.
Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yeri tutur. 
Qonşularımızdan İran 14-cü yerdə qərarlaşıb. 
137 ölkənin daxil olduğu siyahıda sonuncu yerdə Butan qərarlaşıb.