
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ordu üçün aşpazların hazırlanmasına başlayacaq. Bu barədə APA-ya SHÇDX-dən məlumat verilib.
Hazırda aşpaz kurslarının komplektləşdirilməsi işləri aparılır. Kurslarda iştirak edənlərə sertifikatlar veriləcək və onlar silahlı qüvvələrdə aşpaz qismində xidmət edə biləcəklər.
SHÇDX eyni zamanda snayper və paraşütçü kurslarının bərpası istiqamətində işlər aparır.
Qaynar.info