Xəbər lenti

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü
Ölkə09:05 06.12.2022

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 5 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.