Xəbər lenti

Azərbaycan ordusunun təlimləri Ermənistanı silkələdi
Ölkə19:43 26.10.2017

Azərbaycan ordusunun təlimləri Ermənistanı silkələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tavuş vilayətinin İcevan rayonun Ayqehovit kənd sakinləri oktyabrın 25-də gün ərzində beş-altı dəfə güclü partlayış səsləri eşitdikləri barədə həyəcanlı məlumat veriblər.
"Qaynarinfo" ordu.az-a istinadən xəbər verir ki, partlayışların səsi Berd rayonu və vilayətin sərhədyanı digər kəndlərində də eşidilib. 
Kəndlərə ziyan dəymədiyini deyən ermənilər hər şeyin Azərbaycanın ərazisində baş verdiyini bildiriblər. 
Sərhədyanı yaşayış məntəqələrinin sakinləri həmin ərazidə Azərbaycan ordusunun yeni və daha güclü silahlarının sınaqdan keçirildiyini qorxu içində deyiblər. 
Qaynarinfo.Az