Xəbər lenti

Azərbaycan Ordusunun yaralanmış gizirindən yeni xəbər var - YENİLƏNİB
Ölkə10:20 14.04.2013

Azərbaycan Ordusunun yaralanmış gizirindən yeni xəbər var - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

14-04 15:15

Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində yaralanan Azərbaycan ordusunun giziri Ramil Hüseynovun vəziyyəti qənaətbəxşdir. Bu məlumatı ANS PRESS-in bölgə müxbirinə 33 yaşlı gizirin yaxınları veriblər. 

Qeyd edək ki, erməni tərəfinin iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu hər iki ayağından güllə yarası almışdı.

13-04 21:41 
Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun giziri ağır yaralanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni tərəfi iri çaplı pulemyotlardan  açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır. Məlumata görə, hal-hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.

Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Qaynar.info