Xəbər lenti

Azərbaycan pandemiya dövründə bu ölkələrə yardım edib (SİYAHI)
Ölkə13:21 13.05.2020

Azərbaycan pandemiya dövründə bu ölkələrə yardım edib (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın pandemiya dövründə humanitar yardım göndərdiyi ölkələrin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı danışıb.
H. Hacıyev deyib ki, Azərbaycan xarici siyasətində humanitar diplomatiya mühüm yer tutur: "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırıb. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək”.