Xəbər lenti

Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı
İdman06:14 09.09.2016

Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib.
Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb. 
66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Elison Oliveyranı məğlub edib. 
Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib. 
Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib. 
Qaynarinfo.Az