Xəbər lenti

Azərbaycan Pedaqoji Universitetinə yeni prorektor təyin olundu
Ölkə18:38 23.04.2015

Azərbaycan Pedaqoji Universitetinə yeni prorektor təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni kadr təyinatı olub. 

Modern.az saytının məlumatına görə, professor Fikrət Rzayev bu gün ADPU-nun təlim-tərbiyə məsələləri üzrə prorektoru təyin edilib.

Fikrət Rzayev 1953-cü il martın 16-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Gəncə şəhərinin 4 saylı orta məktəbini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun aspirantı olub.

1979-cu ildən sonra uzun müddət BDU-nun rus ədəbiyyatı tarixi kafedrasının assistenti, baş müəllimi, dosenti işləyib. 

Filologiya elmləri doktoru, professor Fikrət Rzayev son təyinatadək Lomonosov adına Moskva universitetinin Bakı Filialında Filologiya fakültəsinin dekanı olub.

Qaynar.info