
Oyunu idarə edəcək hakimlər briqadası İngiltərədəndir
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan - Portuqaliya oyununu keçiriləcək. Ans Press-in Azərbaycan Futbol Federasiyasına istinadən vediyi xəbərə görə, oyununu idarə edəcək hakimlər məlum olub:
Baş hakim: Andre Marriner
Baş hakimin köməkçiləri: Simon Peter Bennett, Stuart Burt
Dördüncü hakim: Antony Taylor
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Komissar: İstvan Huszar (Macarıstan)
Qaynar.info