Azərbaycan Premyer Liqasında 22-ci tura bu gün yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə, turun son oyun günündə üç qarşılşama baş tutacaq.
Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq görüşü Rauf Allahverdiyev idarə edəcək. Ardınca "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Turun son matçı "Dalğa Arena"da baş tutacaq. "Araz-Naxçıvan" - "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası, 22-ci tur
13 fevral
15:00. "Turan Tovuz” – "Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev/
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu
17:15. "Zirə” – "Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov/
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İK stadionu
19:30. "Araz-Naxçıvan”– "Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Dalğa Arena”
Turun əvvəlki matçlarında aşağıdakı nəticələr qeydə alınıb
"Kəpəz" - "Səbail" 1:4
"Qarabağ" - "Sabah" 3:3
"Qarabağ” - 51, "Sumqayıt” - 34, "Neftçi” - 32, "Zirə” - 31, "Səbail” - 30, "Sabah” - 28, "Araz-Naxçıvan” - 27, "Turan Tovuz” - 26, "Kəpəz” - 20, "Qəbələ” - 15
Səbuhi Həsənov