Azərbaycan Premyer Liqasında 26-cı tur davam edir.
Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Neftçi" Tovuzda "Kəpəz"in qonağı olacaq. Saat 15.00-da startı veriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Günün ikinci matçı isə Bakıda baş tutacaq. "Sabah" doğma arenada "Qəbələ"ni qəbul edəcək. Görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası nəzarətdə saxlayacaq.
Azərbaycan Premyer Liqası, 26-cı tur
9 mart (şənbə)
15:00. "Kəpəz” – "Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu
17:30. "Sabah” – "Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena”
Turun ötən gün keçirilən bir oyununda aşağıdakı nəticə qeydə alınıb
"Səbail" - "Sumqayıt" 0:1
"Qarabağ" - 60, "Sumqayıt" - 39, "Səbail" - 37, "Neftçi" - 36, "Zirə" - 36, "Sabah" - 34, "Turan Tovuz" - 32, "Araz Naxçıvan" - 31, "Kəpəz" - 26, "Qəbələ" - 15
Səbuhi Həsənov
Şərhlər