Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçı "ASCO Arena”da baş tutacaq. "Səbail” doğma tribunalar qarşısında "Sumqayıt”ı qəbul edəcək.
Günün ikinci qarşılaşmasında son Azərbaycan çempionu "Qarabağ” "Zirə”ni qəbul edəcək.
Ötən gün keçirilən mövsümün açılış oyununda aşağıdakı nəticə qeydə alınıb.
"Araz-Naxçıvan” - "Turan Tovuz” 0:3
Azərbaycan Premyer Liqası, I tur
5 avqust
18:30. "Səbail” – "Sumqayıt”
Baş hakim: Elçin Məsiyev
"ASCO Arena”
21:00. "Qarabağ” – "Zirə”
Baş hakim: Əliyar Ağayev
"Azersun Arena”
Səbuhi Həsənov