Xəbər lenti

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"yə qarşı
İdman07:11 18.12.2023

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"yə qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. "Qarabağ” "Neftçi”ni qəbul edəcək. Saat 20.00-da baş tutacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan Premyer Liqası, 17-ci tur
18 dekabr (bazar ertəsi)
20.00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu
VAR hakimləri: Cavid Cəlilov, Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bayramov adına Respublika Stadionu
 
Turun buna qədər keçirilən oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
"Kəpəz" - "Sumqayıt" 1:1
"Səbail" - "Qəbələ" 3:0
"Araz-Naxçıvan" - "Sabah" 2:0
"Turan Tovuz" - "Zirə" 1:0
"Qarabağ" - 35, "Zirə" - 29, "Səbail" - 26, "Araz-Naxçıvan" - 26, "Neftçi" - 25, "Sumqayıt" - 24, "Sabah" - 22, "Turan Tovuz" - 19, "Kəpəz" - 14, "Qəbələ" - 11
Səbuhi Həsənov