Xəbər lenti

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"la qarşılaşacaq
İdman05:28 17.09.2022

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"la qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Qəbələnin eyniadlı təmsilçisi doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Saat 19.00-da başlayacaq qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
İki komanda indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıb. Bunların 22-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də əyalət təmsilçisinin xeyrinədir - 63:29. "Sumqayıt” son 4 oyunda qalib gəlməyib. "Qəbələ” son 5 ev matçından xalsız və qolsuz ayrılmayıb.
17 sentyabr (şənbə)
19:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.
Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
"Sabah" - "Turan Tovuz" 3:1,
"Səbail" - "Neftçi" 0:2
7-ci tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
"Neftçi" - 18, "Sabah" - 16, "Qarabağ" - 15, "Zirə" - 10, "Turan Tovuz" - 10, "Qəbələ" - 9, "Səbail" - 5, "Sumqayıt" - 3, "Şamaxı" - 2, "Kəpəz" - 0
 
Səbuhi Həsənov