Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tur çərçivəsində daha bir matç baş tutacaq.
Qaynarinfo-nun məlumatına görə, "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Azərbaycan Premyer Liqası, 17-ci tur
18:00. "Turan Tovuz” – "Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Turun bundan əvvəl keçirilən qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
"Kəpəz" - "Sumqayıt" 1:1
"Səbail" - "Qəbələ" 3:0
"Araz-Naxçıvan" - "Sabah" 2:0
"Qarabağ" - 35, "Zirə" - 29, "Səbail" - 26, "Araz-Naxçıvan" - 26, "Neftçi" - 25, "Sumqayıt" - 24, "Sabah" - 22, "Turan Tovuz" - 16, "Kəpəz" - 14, "Qəbələ" - 11
Səbuhi Həsənov