Misli Premyer Liqasında bu gün X tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə azarkeşlər bir qarşılaşma izləyəcək. "Qəbələ" səfərdə "Şamaxı"nın qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 19-da meydan sahibləri, 18-də qonaqlar qələbəyə sevinib. Qalan 19 görüşdə isə heç-heçə qeydə alınıb. "Qəbələ" son 8 matçda meydanı qolsuz tərk etməyib. Ardıcıl iki görüşdə məğlub olan "Şamaxı" son 5 qarşılaşmada qələbə qazanmayıb.
X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da keçiriləcək.
Misli Premyer Liqası, X tur
14 oktyabr (cümə)
15:00. "Şamaxı” – "Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR hakimləri: Cavid Cəlilov, Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu.
"Qarabağ" - 24, "Sabah" - 22, "Neftçi" - 19, "Zirə" - 16, "Qəbələ" - 15, "Turan Tovuz" - 11, "Səbail" - 8, "Kəpəz" - 4, "Sumqayıt" - 4, "Şamaxı" - 2
Səbuhi Həsənov