Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Zirə" doğma meydanda "Səbail"i qəbul edəcək.
Günün ikinci qarşılaşmasında "Qərb derbisi" gerçəkləşəcək. "Kəpəz" Tovuzda "Turan Tovuz"un qonağı olacaq.
Azərbaycan Premyer Liqası, 11-ci tur
16:00. "Zirə” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu.
19:00. "Turan Tovuz” – "Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu.
"Zirə" - 20, "Qarabağ" - 20, "Səbail" - 17, "Araz Naxçıvan" - 17, "Neftçi" - 15, "Sumqayıt" - 14, "Turan Tovuz" - 12, "Sabah" - 10, "Qəbələ" - 7, "Kəpəz" - 6
Səbuhi Həsənov