Xəbər lenti

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilir
İdman06:18 04.11.2022

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" doğma azarkeşlər önündə "Şamaxı"nı qəbul edəcək. 
Birinci dövrədəki matçda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Azərbaycan Premyer Liqası, 13-cü tur
15:00. "Turan Tovuz” – "Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR hakimləri: Rəşad Əhmədov, Cəmil Quliyev
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu
Turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.
Səbuhi Həsənov