Xəbər lenti

Azərbaycan Premyer Liqasında 14-cü tura start verilir
İdman05:48 11.11.2022

Azərbaycan Premyer Liqasında 14-cü tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. "Şamaxı" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. İki komanda indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Bunların 17-də "Şamaxı", 11-də "Sumqayıt" qələbə qazanıb. 12 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də "şirlər"in xeyrinədir - 56:42. "Sumqayıt” son 8 oyunda meydanı qolsuz tərk etməyib. Son 5 matçda ən azı 2 qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, 14-cü tur
11 noyabr (cümə axşamı)
14:30. "Şamaxı” – "Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR hakimləri: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı şəhər stadionu.
"Qarabağ" - 39, "Sabah" - 34, "Neftçi" - 26, "Qəbələ" - 20, "Zirə" - 19, "Turan Tovuz" - 15, "Səbail" - 10, "Kəpəz" - 8, "Şamaxı" - 7, "Sumqayıt" - 5
Səbuhi Həsənov