Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son matçı "ASCO Arena"da "Səbail"lə "Sumqayıt" arasında keçirilib. İki qolun vurulduğu oyunda qələbə qazanan olmayıb - 1:1. Görüşdə hər iki qolu meydan sahiblərinin oyunçuları vurub. 17-ci dəqiqədə Domantas Şimkus fərqlənib. 65-ci dəqiqədə isə Camal Araqo avtoqol müəllifi olub.
Bu nəticədən sonra "Sumqayıt" xallarının sayını 13-ə, "Səbail" isə 11-ə yüksəldib.
Turun buna qədər keçirilən qarşılaşmalarında "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. "Qəbələ" isə səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzub.
Səbuhi Həsənov