Xəbər lenti

Azərbaycan Premyer Liqasında 16-cı tura start verilir
İdman05:48 19.02.2022

Azərbaycan Premyer Liqasında 16-cı tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşacaq. Komandalar Azərbaycan çempionatlarında 17 oyunda üz-üzə gəlib. Bunların 8-də bölgə təmsilçisi, 4-də isə "Səbail" qələbəyə sevinib. Digər 5 qarşılaşma heç-heçə nəticələnib. Son üç qarşılaşmada qol vuran komanda qalib gəlib. "Qəbələ” öz meydanında uduzmayıb. Top fərqi "Qəbələ"nin xeyrinədir - 31:16.
Günün digər görüşü "Bakcell Arena"da "Neftçi" ilə "Keşlə" arasında keçiriləcək. Komandalar ölkə birinciliklərində 68 dəfə qarşılaşıb. Bunların 37-də "Neftçi", 16-da "Keşlə" meydandan 3 xalla ayrılıb. 15 oyunda isə heç-heçə qeydə alınıb. Son 5 oyunda üç və ya daha çox qol vurulub. "Neftçi” 8 matçdır meydanı qolsuz tərk etmir. Top fərqi də "Neftçi"nin xeyrinədir - 108:66.
Tura sabah, bir oyunla yekun vurulacaq. "Zirə" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Qarabağ" - "Sumqayıt" matçı isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
19 fevral (şənbə)
15.00. "Qəbələ” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
17.15. "Neftçi” – "Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bakcell Arena”
"Qarabağ" - 36, "Qəbələ" - 26, "Zirə" - 25, "Neftçi" - 22, "Sabah" - 20, "Keşlə" - 14, "Sumqayıt" - 13, "Səbail" - 11
Səbuhi Həsənov