Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olub. Qarşılaşma elə başladığı hesabla yekunlaşıb - 0:0.
Qurban Qurbanovun komandası xal itirməsinə baxmayaraq turnir cədvəlində liderliyini qoruyur.
Turun bunaqədərki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Səbail" - "Zirə" 0:1
"Sabah" - "Neftçi" 0:1
"Sumqayıt" - "Qəbələ" 0:4
Keçirilən görüşlərdən sonra turnir cədvəlindəki durum aşağıdakı kimidir:
"Qarabağ" - 37, "Qəbələ" - 32, "Zirə" - 31, "Neftçi" - 28, "Sabah" - 20, "Keşlə" - 15, "Sumqayıt" - 13, "Səbail" - 11
Səbuhi Həsənov