Xəbər lenti

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulur
İdman06:07 15.12.2022

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə turun son oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya 14.30-da start veriləcək.
Komandalar indiyədək ölkə çempionatında cəmi 1 dəfə qarşılaşıblar. Cari mövsümün birinci dövrəsinə təsadüf edən qarşılaşmada hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15 dekabr (cümə axşamı)
14:30. "Turan Tovuz” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu.
Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
"Şamaxı" - "Zirə" 0:0
"Qarabağ" "Qəbələ" 1:0,
"Kəpəz" - "Sabah" 2:2 
"Sumqayıt" - "Səbail" 2:0
 
"Qarabağ" - 47, "Sabah" - 40, "Neftçi" - 32, "Zirə" - 27, "Qəbələ" - 24, "Turan Tovuz" - 16, "Şamaxı" - 13, "Sumqayıt" - 12, "Kəpəz" - 11, "Səbail" - 10
Səbuhi Həsənov