Xəbər lenti

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulur
İdman05:41 23.01.2024

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Qaynarinfo-nun məlumatına görə, turun son matçında iki oyun keçiriləcək. Əvvəlcə "Qəbələ"nin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Turun son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. 
Azərbaycan Premyer Liqası, üçüncü dövrə, 19-cu tur
23 yanvar
16:30. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ”– "Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Turun bundan əvvəl baş tutan oyunlarında aşağıdakı nəticələr qeydə alınıb
"Sabah" - "Neftçi" 0:0
"Səbail" - "Zirə" 0:0
"Kəpəz" - "Turan Tovuz" 2:1
"Qarabağ" - 41, "Zirə" - 30, "Neftçi" - 29, "Sumqayıt" - 27, "Səbail" - 27, "Araz-Naxçıvan" - 26, "Sabah" - 23, "Turan Tovuz" - 22, "Kəpəz" - 17, "Qəbələ" - 14 
Səbuhi Həsənov