Xəbər lenti

Premyer Liqada 20-ci tura bu gün yekun vurulur
İdman06:15 19.03.2022

Premyer Liqada 20-ci tura bu gün yekun vurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Səbaili qəbul edəcək. 
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu oyunlarda hər iki tərəf eyni sayda - 5 qələbə qazanıb. 3 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində meydan sahiblərinin cüzi üstünlüyü var - 15:13. Son üç oyunda meydan sahibi olan komanda qol vurmayıb. Son 4 qarşılaşmada qol vuran komanda uduzmayıb.
Tura Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Komandalar buna qədər 25 oyunda üz-üzə gəlib. Bunların 17-si Ağdam klubunun qələbəsi ilə nəticələnib. Qalan 8 oyunda qalib müəyyənləşməyib. Top fərqində də "Qarabağ"ın aşkar üstünlüyü var - 52:12. "Qartallar" indiyədək qələbə qazanmayıb. Son dörd matçın hərəsində iki qol vurulub.
Azərbaycan Premyer Liqası, 20-ci tur
19 mart (şənbə)
16:45. "Sabah” – "Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bank Respublika Arena”.
19:00. "Zirə” – "Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu.
Turun ilk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.
"Keşlə" - "Sumqayıt" 1:1
"Neftçi" - "Qəbələ" 4:0
"Qarabağ" - 43, "Neftçi" - 37, "Zirə" - 35, "Qəbələ" - 33, "Sabah" - 23, "Keşlə" - 19, "Sumqayıt" - 14, "Səbail" - 11
Səbuhi Həsənov