Xəbər lenti

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilir
İdman06:44 18.03.2022

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Tərəflər indiyədək ölkə çempionatlarında 37 dəfə üz-üzə gəliblər. Bunların 17-də meydan sahibləri, 10-da qonaqlar qələbə qazanıb. Qalan 10 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də "Keşlə" üstündür - 54:38. Komandaların Premyer Liqadakı son 7 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib. "Keşlə” son üç ev matçında rəqibinə qol vura bilməyib.
Günün ikinci matçında son çempion "Neftçi" "Qəbələ"ni sınağa çəkəcək. Görüş komandaların çempionatdakı 54-cü dueli olacaq. Əvvəlki 53 oyunun 24-də paytaxt təmsilçisi, 16-da bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbəti də "Neftçi"nin xeyrinədir - 78:65. Premyer Liqadakı son 11 oyundur rəqibinə uduzmayan "Neftçi", ardıcıl 18 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Son 3 görüşdə isə heç-heçə qeydə alınıb. Qarşılaşma flaqmanın 85 illik yubileyinə təsadüf edir. Bu səbəbdən matçın başlama saatı rəmzi olaraq 19:37-yə təyin olunub.
Azərbaycan Premyer Liqası, XX tur
18 mart (cümə)
17:00. "Keşlə” – "Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"ASK Arena”
19:37. "Neftçi” – "Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena”
Tura sabah 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
"Qarabağ" - 43, "Zirə" - 35, "Neftçi" - 34, "Qəbələ" - 33, "Sabah" - 23, "Keşlə" - 18, "Sumqayıt" - 13, "Səbail" - 11
Səbuhi Həsənov