Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz” doğma azarkeşlər önündə "Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq matçı Rauf Allahverdiyev idarə edəcək.
Azərbaycan Premyer Liqası, 20-ci tur
26 yanvar
15:00. "Turan Tovuz” – "Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu
"Qarabağ" - 44, "Zirə" - 30, "Sumqayıt" - 30, "Neftçi" - 29, "Səbail" - 27, "Araz-Naxçıvan" - 26, "Sabah" - 23, "Turan Tovuz" - 22, "Kəpəz" - 17, "Qəbələ" - 14
Səbuhi Həsənov