Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Kəpəz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də gəncəlilər, 17-də Şamaxı təmsilçisi qələbə qazanıb. Qalan 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqində "Şamaxı"nın üstünlüyü var - 31:54. Son üç qarşılaşmada hər iki komanda qol vurub. "Kəpəz” üç oyundur uduzmur.
Azərbaycan Premyer Liqası, 23-cü tur
17 fevral (cümə)
14:00. "Kəpəz" - "Şamaxı"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu.
"Qarabağ" - 58, "Sabah" - 53, "Neftçi" - 45, "Zirə" - 32, "Qəbələ" - 28, "Turan Tovuz" - 23, "Sumqayıt" - 18, "Şamaxı" - 16, "Səbail" -16, "Kəpəz" - 14
Səbuhi Həsənov