İdman 10:18 17.02.2024

Azərbaycan Premyer Liqasında 23-cü tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Kəpəz" səfərdə "Sabah"ın qonağı olacaq. Masazırdakı "Bank Respulika Arena"da keçiriləcək görüşü Elçin Məsiyev idarə edəcək. 

Günün son qarşılaşması "ASCO Arena"da keçiriləcək. "Səbail" evdə "Araz Naxçıvan"ı qəbul edəcək. Kamran Əliyevin idarə edəcəyi matçın start fiti saat 18.30-da səsləndiriləcək.

Azərbaycan Premyer Liqası, 23-cü tur

17 fevral (şənbə)

16.00. "Sabah” – "Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena”, 

18.30. "Səbail” – "Araz-Naxçıvan”

Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
"ASCO Arena”

"Qarabağ" - 51, "Sumqayıt" - 35, "Neftçi" - 32, "Zirə" - 32, "Səbail" - 30, "Araz-Naxçıvan" - 30, "Turan Tovuz" - 29, "Sabah" - 28, "Kəpəz" - 20, "Qəbələ" - 15

Səbuhi Həsənov