Xəbər lenti

Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir
İdman06:07 25.02.2023

Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir.
Qaynarinfo-nun məlumatına görə turun ikinci oyun günündə 2 qarşlaşma baş tutacaq. Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Sabah"ı qonaq edəcək. 
Bu kollektivlər ölkə çempionatında 16 dəfə üz-üzə gəlib. Bunların 5-də bölgə təmsilçisi, eyni sayda da "Sabah" qələbə qazanıb. Qalan 6 görüş heç-heçə yekunlaşıb. Topların nisbətində "Şamaxı"nın cüzi üstünlüyü var - 17:16. "Şamaxı" 5 oyundur qalib gəlmir. "Sabah" son iki səfərdə bir qolla qələbə qazanıb.
Günün son matçında "Kəpəz" səfərdə "Sumqayıt"ın qonağı olacaq.  Komandalar bunadak Premyer Liqada 22 dəfə rəqib olublar. Bu qarşılaşmaların 9-u meydan sahiblərinin, 5-i isə qonaqların xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Top fərqində sumqayıtlıların üstünlüyü nəzərə çarpır - 29:22. "Kəpəz" son 6 oyunda qələbə qazanmayıb. Son üç matçda qonaq komanda uduzmayıb.
Azərbaycan Premyer Liqası, 24-cü tur
25 fevral
14:30. "Şamaxı" - "Sabah"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".
Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
"Turan Tovuz" - "Zirə" 0:2
"Səbail" - "Qəbələ" 2:2
"Qarabağ" - 61, "Sabah" - 53, "Neftçi" - 48, "Zirə" - 35, "Qəbələ"  -32, "Turan Tovuz" - 26, "Sumqayıt" - 18, "Səbail" - 17, "Kəpəz" - 17, "Şamaxı" - 16
Səbuhi Həsənov