Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə "Turan Tovuz" evdə "Zirə"ni qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəliblər. "Qartallar" hər iki görüşdə bölgə klubunu məğlub edib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var - 5:2. Matçların hər ikisində tərəflər qol sevinci yaşayıblar.
Günün son oyununda isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. İki kollektivin indiyədək 21 oyunda üz-üzə gəlib. Bunların 11-də bölgə təmsilçisi 5-də isə bakılılar qələbə qazanıb. Qalan 5 oyunda qalib müəyyənləşməyib. Top fərqi "Qəbələ"nin xeyrinədir - 37:21. Son üç qarşılaşmada 3 qol vurulub. "Qəbələ” ardıcıl iki qalibiyyət əldə edib.
Azərbaycan Premyer Liqası, 24-cü tur
24 fevral (cümə)
14:00. "Turan Tovuz" - "Zirə"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR hakimləri: Vüqar Həsənli, Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu.
19:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR hakimləri: Elçin Məsiyev, Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".
"Qarabağ" - 61, "Sabah" - 53, "Neftçi" - 48, "Zirə" - 32, "Qəbələ" - 31, "Turan Tovuz" - 26, "Sumqayıt" - 18, "Kəpəz" - 17, "Şamaxı" - 16, "Səbail" - 16
Səbuhi Həsənov