Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında Sumqayıtın eynidalı təmsilçisi doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Komandalar buna qədər Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39. Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. "Sumqayıt” 6 matçdır meydanı qolsuz tərk etmir.
Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. Bu kollektivlər daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. "Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.
Azərbaycan Premyer Liqası, 26-cı tur
9 may (bazar ertəsi)
17:30. "Sumqayıt” – "Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Kapital Bank Arena”.
19:45. "Qəbələ” – "Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu.
İlk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.
"Səbail" - "Sabah" 0:2
"Qarabağ" - "Zirə" 0:0
Səbuhi Həsənov