Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da başlayacaq. Hazırda bölgə təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də "dənizçilər", 9-da "qırmızı-qaralar" qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir - 33:19. Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
VIII tur
30 sentyabr (cümə)
19:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
"ASCO Arena”.
"Qarabağ" - 18, "Neftçi" - 18, "Sabah" - 16, "Qəbələ" - 12, "Turan Tovuz" - 10, "Zirə" - 10, "Səbail" - 5, "Kəpəz" - 3, "Sumqayıt" - 3, "Şamaxı" - 2
Səbuhi Həsənov